“Mükafatı təqdim etməzdən əvvəl redaktə etmək lazımdır” -  Orfoqrafik səhvlər...

Son zamanlar təqdim edən “Xarıbülbül”, “Şuşa” kimi mükafatlar sosial şəbəkələrdə etirazlara yol açıb. Birmənalı qarşılanmayan  paylaşımlar çoxsaylı qınağa, qəzəbə səbəb olub. Video və şəkillər paylaşan izləyicilər  hətta belə mükafatlar müxtəlif qiymətlərə satıldığını iddia edirlər. Ötən gün sosial şəbəkədə “Zəfər Təntənəsi” təşkilatının rəhbərliyi ilə təqdim edilən “Şuşa” Milli Mükafatı istifadəçilərin hiddətinə tuş gəlib. Belə ki, mükafatın üzərindəkı yazıda bir neçə orfoqrafiq səhvə yol verilib.

Fotonu təqdim edirik:

Müzakirələrə səbəb olan sözügedən mükafatlarla bağlı danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu fikirlərini “Sherg.az”la bölüşüb. Onun sözlərinə görə, belə müfakatların təqdim edilməsi qəbahət deyil:

“ “Xarıbülbül” hamının bülbülüdür. Hökumət xüsusi qadağa qoymayıb. Simvolik adların qoyulmasında problem yoxdur. “Xarı Bülbül”ün qədrini bilib uca saxlayacaqlarsa, niyə də mükafat adı daşımasın? Bu vasitə ilə millət “Xarı Bülbül”ün dəyərini bilər. Qonşu-qonşunun evinə gedəndə Xarı Bülbül aparsın.

Lakin mükafatı təqdim etməzdən əvvəl redaktə etmək lazımdır. Orfoqrafik səhvlərə yol vermək doğru deyil”.