Qazilər haqqında filmlərin hazırlanması təqdirəlayiqdir

Onların keçdiyi döyüş yolu gənclərə örnək olmalıdır

Qazi haqqında Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində film hazırlanıb. 
Bu barədə Mədəniyyət naziri Anar Kərimov tviter hesabında yazıb:

"Mədəniyyət Nazirliyinin "Səhnədən Səngərə: Qazilər" layihəsi çərçivəsində Balakən 1 saylı sənətkarlıq klubunun müdiri qazi Turan Musayev haqqında film hazırlanıb. Vətən öz qəhrəman övladlarını tanımalıdır. İgidlərimizlə fəxr edirik. Unutmadıq, unutdurmarıq!".

Ehtiyatda olan zabit, qazi, jurnalist İlham Tumas "Şərq"ə açıqlamasında bu addımı müsbət dəyərləndirib:

"İlk olaraq qazilərin qayğısına qalmaq lazımdır. Müharibə dövründə onların keçdiyi döyüş yolu gənclərə örnək olmalıdır. Gələcək nəsillərə nümunə olan hərəkətlər, əməllər kinolarda öz əksini tapmalıdır. Qazilər haqqında filmlərin hazırlanması vacib, təqdirəlayiq addımdır".