Oğlunun saxladığı itlər ölümünə səbəb oldu - FOTO

Türkiyənin Zonquldak bölgəsində yaşayan Halimə Dəmir adlı qadın oğlunun bəslədiyi itlərin hücumuna məruz qalıb.  "Sherg.az" "onedio.com"a istinadən xəbər verir ki,7 itin hücumuna məruz qalan qadının cansız meyiti yaşadığı evin bağından tapılıb. Halimə Dəmir Dəvrək mahalının Çaydəyirməni mahalının Burhanoğlu kəndindəki evindən çıxaraq həmin kənddəki digər evinin bağçasına müxtəlif otlar yığmağa gedib. Almaniyada yaşayan qızı  ötən bazar günü ondan xəbər ala bilməyib.  Halimə Dəmiri axtarmağa başlayan qardaşı qızı onu bağda hərəkətsiz vəziyyətdə görüb. Hadisə yerinə təcili tibbi yardım və polislər gəlib. Həkimlər başında, qollarında və ayaqlarında it hücumu izləri olan qadının həyatını xilas edə bilməyiblər. Baş prokuror həmin itlərin sığınacağa aparılmasına göstəriş verib.  Qadının oğlu Turan Dəmir isə dərhal itlərin ordan çıxarılmasını tələb edib. Prokurorluqdan bildirilib ki, həmin itlər öldürülməyəcək. Sadəcə olaraq təhlükəsizlik üçün bundan sonra sığınacağda saxlanılacaqlar.