Tehranda 8 mindən çox marşrut avtobusu çatışmır

İranın paytaxtı Tehranda 8000-dən çox marşrut avtobusu çatışmır.

"Sherg.az" xəbər verir ki, bunu Tehranın meri Əlirza Zakani bildirib.

Onun sözlərinə görə, paytaxtda 11 000 marşrut avtobusu fəaliyyət göstərməlidir: “Hazırda 2250 belə nəqliyyat vasitəsi işləyir”.
Ə.Zakani deyib ki, Tehranda ictimai nəqliyyat parkı çatışmır və bu istiqamətdə standartlardan geri qalırlar.