Bu gün axşamdan hava şəraiti dəyişəcək

Aprelin 5-də axşam şimal və qərb rayonlarından başlayaraq 7-də gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Qərb küləyi aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimalı var.