Naxçıvanda meşəlik ərazidə yanğın olub - FOTO


Naxçıvan şəhərində yanğın olub.

APA xəbər verir ki, yanğın Naxçıvan şəhəri Sahil parkının yanı, Naxçıvançayı sahilində yerləşən meşəlik ərazində qeydə alınıb.

Hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.