Məktəbdə şagirdlər arasında zəhərlənmə olub - CANLI YAYIM

Bakıda məktəblilər arasında zəhərlənmə olub. 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb. 
İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.
Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, məsələ dəqiqləşdirilir.