Bakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib

“Bakı Metropoliteni” QSC-nin 26 stansiyasının rəisi vəzifəsindən azad edilib, onlardan 24-ü rotasiya qaydasında digər stansiyalara rəis təyin edilib.
Oxu.Az xəbər verir ki, yalnız “Nəriman Nərimanov” stansiyasının rəisi Arif Həsənli öz vəzifəsində qalıb.
Səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun əmri ilə vəzifəsindən azad edilmiş “Bakmil” stansiyasının rəisi Dəyanət Dadaşov və “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyev qurumda başqa vəzifələrə təyin ediliblər. Onların yerinə hər iki yerüstü stansiyaya təyinat olmayıb.
Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.
Stansiya rəisinin adı
Hazırda rəhbərlik
etdiyi stansiya
Əvvəl rəhbərlik
etdiyi stansiya
1
Müstəcəb Qurbanov
Avtovağzal
28 May
2
Elçin Süleymanov
Memar Əcəmi (Bənövşəyi)
20 Yanvar
3
Elxan Zeynalov
Şah İsmayıl Xətai
Ulduz
4
Niyaz Alıyev
Cəfər Cabbarlı
Memar Əcəmi (Bənövşəyi)
5
Ramin Əliyev
Nizami
Nəsimi
6
Faiq Həsənov
Elmlər Akademiyası
Dərnəgül
7
Əlişan Ağayev
İnşaatçılar
Avtovağzal
8
Akif Məmmədov
20 Yanvar
Şah İsmayıl Xətai
9
Sərdar Babayev
Memar Əcəmi
İnşaatçılar
10
Nurlan Nəbiyev
Nəsimi
Sahil
11
Şahvələd Hüseynov
Azadlıq prospekti
Memar Əcəmi
12
Kamal Talıbzadə
Dərnəgül
Xalqlar dostluğu
13
Xalid Məmmədov
İçərişəhər
Azadlıq prospekti
14
Əli Mayılov
Sahil
Gənclik
15
Yusif Şabanov
28 May
8 Noyabr
16
Şaiq Heydərov
Gənclik
Elmlər Akademiyası
17
Arif Həsənli
Nəriman Nərimanov
Xalqlar dostluğu
18
 
Bakmil
Şah İsmayıl Xətai
19
İlqar Rüstəmov
Ulduz
Qara Qarayev
20
Cəmşid Cəfərov
Koroğlu
Əhmədli
21
Mehman İbrahimov
Qara Qarayev
Neftçilər
22
Nəsiman Səttarov
Neftçilər
Cəfər Cabbarlı
23
Vidadi İbrahimov
Xalqlar dostluğu
Həzi Aslanov
24
Vadim Məmmədov
Əhmədli
Koroğlu
25
Cümşüd Cəfərov
Həzi Aslanov
İçərişəhər
26
Vüsal Zeynalov
8 Noyabr
Nizami
27
 
Xocasən
Nəriman Nərimanov