İranda hicabsız qadınlara xidmət edən obyektlər bağlandı

İranın paytaxtı Tehranda hicabsız şəxslərə xidmət göstərən bir neçə obyektə xəbərdarlıq edilib.
Bakupost.az xəbər verir ki, bu xəbərdarlıqlara diqqət göstərməyən bir sıra obyektlər və ticarət şəbəkəsi bağlanıb.
Bağlanılan obyektlərin əksəriyyəti kafe və restoranlardır. Həmçinin, 3 aptek də bağlanılanlar arasında yer alıb.
Şəhərin qərbində yerləşən bir ticarət mərkəzinin bağlanması isə daha çox diqqət çəkib.
Qeyd edək ki, bağlanan kafe və restoranların çoxunun məşhurlara aid olması sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.
İstifadəçilər, obyekt sahiblərinin Məhsa Əminin ölümündən sonraki aksiyalara dəstək verdiyini deyib. Obyektlərinin də bu səbəbdən bağlanması bildirilib.