Ələkbər Rəşadın azadlığına "yox" deyib? - REAKSİYA

Meyxanançı Ələkbər Yasamallı Almaniyadan qayıtdıqdan sonra ilk dəfə efirə çıxıb. 
“Sherg.az” xəbər verir ki, söz ustadı həmkarları ilə birgə “Xəzər axşamı” verilişində qonaq olub. 
Efirdə Balaəli Maştağalı Ə. Yasamallının bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirən Rəşad Dağlı haqda meyxana deyib: 
“İslam, gərək sözdə bir az dad olsun,
Yaxşı dostlarımız da gərək yad olsun.
İnşallah Rəşad da azad olsun, 
O da bu meyxana, bu heyət üçündür”.
Ə. Yasamallı ona qarşılıq bir bənd deməsə də, başı ilə Balaəlini təsdiqləyib.