Aynişan polisə müraciət etdi - Hicablı qadın ondan nə istəyib? - ŞOK detal

Əməkdar artist Aybəniz Haşımovanın influenser qızı Aynişan Quliyeva polisə müraciət edib.
“Sherg.az” xəbər verir ki, Aynişan onu İnstaqramda təhqir edən şəxsə görə şikayət ərizəsi yazıb.
Bu barədə o, status paylaşıb və bu sözləri deyib:
“Təxmini 10 gündür, səhifəmdə neqativ mesaj və şərhlər, təhqirlər görürəm. Onlardan birini seçdim və təxmini 5 dəqiqə öncə ərizə yazıb, polisə şikayət etdim. Şəxsən tanış olmaq, dərdini bilmək istəyirəm.
5 il öncə də belə hadisə yaşanmışdı. Polis məni təhqir edən adamı tapıb, gətirmişdi. Görüş zamanı ağlayaraq, fanatımız olduğunu dedi. Hətta hicablı dindar bir qadın idi, uzaqdan baxsan heç düşünməzsən ki,bu tanımadığı insana ləkə yaxa bilər.
Başa düşürəm bu aralar daha aktivǝm, amma bunun sizi niyə narahat etdiyini dərinliyinə kimi bilmək istəyirəm”.