Aparıcı ailəsində yaşanan faciədən DANIŞDI

Aparıcı Murad Əzimzadə ötən günlərdə gənc yaşda vəfat edən, Vətən müharibəsi iştirakçısı olan əmisi oğlundan yazıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o, Feysbukda paylaşım edib və bu sözləri deyib:
“Ailəmizdə yaşanan faciədən dolayı mənə başsağlığı verən, mənəvi dəstək göstərən, yanımda olan hər kəsə təşəkkür edirəm. Allah ölənlərinizə rəhmət eləsin. 
Hər nəfsin ölümü dadacağı dünyada, yaşamaq da, ölmək də borcdur. Qardaşım olaraq qəbul etdiyim 22 yaşlı əmimoğlu Eltun dünyadan köçmək borcunu tez ödəmək istədi. Təəssüf ki,  belə istədi.  Allah ruhunu şad, məkanını cənnət etsin, günahlarını gənc yaşına, təmiz qəlbinə bağışlasın”.
Qeyd edək ki, axşam.az saytı Eltunun intihar etməsi ilə bağlı məlumat yaymışdı.