Eşqin göz yaşları içində!- “Aysun xəyanətə...” – Ayrılığın ŞOK DETALI 

“Alınmışdı, çox gözəl alınmışdı. Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu o, anlaya bilmədi. Şəxsən bizim ikimizin heç bir problemi yox idi. Biz dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Maqazin plus”a açıqlamasında müğənni Aysun İsmayılovanın keşmiş həyat  yoldaşı Eşqin Cəlilov deyib. O, boşanmaları haqda ətraflı danışıb:

”Ayrılıq rolunda bir tək Aysunu görürəm. Biz bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, mən onda ailənin dağılmasına imkan vermədim. Mən zəif  kişi deyiləm ki, balaca bir problemə görə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm. Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Biz bütün günü bir yerdə idik, mənim heç xəyanətə vaxtım belə ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. 

Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. 

Aysun balaca kukla kimi, hara ötürsən ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım idi. Mən nə müğənni, nə aktyor, nə də bloqerəm. Hamı yazır ki "Aysuna görə tanındın”, amma mənim heç bir reklama ehtiyacım yox idi. 

Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Sevərək qurulmuş ailə idi. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu, Aysunun çəkdiyi bir film idi. 

Aysun ailəni oyuncaq elədi. Bunun adını qoyum? Hər bir insanın işi deyil ki, bu dövrdə müğənni ilə ailə qursun, sonra da onu sənətdə dəstəkləsin. Onu sahiblənsin, “mənimdir”, desin”.