Jurnalistlərin “söz atışması”: “Ayıb olsun. Düz üç dəfə” 

Bir müddətdir ki, küçədə gecələdiyini iddia edən aktyor Elçin Əfəndi ilə bağlı müzakirə yaranıb.
“Sherg.az” xəbər verir ki, jurnalist Nihat Pir sənətçinin dediyi kimi maddi durumunun zəif olmadığını söyləyib.
Bununla bağlı o, Feysbukda status yazıb:
“Küçədə yatdığını deyən aktyor Elçin Əfəndiyə AzDrama tarif cədvəlinə uyğun olaraq, 1036 manat məbləğində maaş verirmiş. Üstəlik, Elçin Əfəndi həm də 2022-ci ildən etibarən 500 manat məbləğində Prezident mükafatı alır.
Kəsəsi, əgər bu rəqəmlər doğrudursa, Elçin Əfəndi hər ay 1536 manat maaş alır. Və Elçin Əfəndi hökumətdən ev istəyir. Ayıb olsun. Düz üç dəfə”.
N. Pirin paylaşımına jurnalist, teatr üzrə ekspert Turan Etibaroğlu reaksiya verib. O, bunun düzgün məlumat olmadığını qeyd edib:
“Elçin Əfəndi sənin dediyin kimi heç də o qədər maaş almır. 1036 AZN aparıcı səhnə ustası dərəcəsinə uyğundur. Elçin Əfəndi isə dram artisti dərəcəsindədir. Onun aldığı maaş isə vergi və digər dövlət rüsumlarının çıxması ilə birgə 830 AZN-dir. Bəli o prezident mükafatçısıdır. Həmin 500-dən də tutulur. Hər bir aktyor 3 il ərzində ardıcıl ala bilər. 3 ildən sonra isə yox. Yəni ona güvənmək olmur. Tutalım ona güvənib, ev tutub həyat qurmaq olmaz. Bütün bunları nəzərə alıb bir aktyorun yaşamı və ailə saxlaması dediyim gəlirlə çətindi”.