Arılar da GMO-laşdı: İsti havaya dözümlü arılar yetişdirilir


Birləşmiş Ərəb Əmirliklərində istiyə dözümlü arı cinsi yetişdirilir. Bunun üçün arıların geni dəyişdirilir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, qlobal istiləşmə və iqlim dəyişikliyinin bir çox canlını, o cümlədən də arıları təhdid etdiyini nəzərə alan BƏƏ genetika mütəxəssisləri arıların genini dəyişdirmək qərarına gəlib. Geni dəyişdirilən arıların istiyə daha dözümlü olacaqları gözlənilir. Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən artan arı ölümlərinin qarşısını almaq üçün bu üsula əl atdıqlarını deyib.

 Arılar 45-50 dərəcə istidə məhv olurlar. Bunu önləmək üçün arı yuvalarında olan ana arının DNA-sı dəyişdirilir. Onun qoyduğu yumurtalardan çıxan minlərlə arı isə yüksək istiyə dayanıqlı, dözümlü olacaq. Dubayın Hatta bölgəsindəki arı yetişdirmə mərkəzində 2 min 500-dən çox arı yeşiyi var. Arıçılarsa havaların kıskin isti keçməsi səbəbindən arıların nektar və  tozcuq toplaya bilmədiyini bildirib. BMT hesabatlarında da dünya üzrə arı və kəpənəklərin sayında 35 faiz azalma olduğu qeyd edilir. Kənd təsərrüfatının gərəkli-gərəksiz genişlənməsi, qlobal iqlim dəyişikliyi və zərərli böcəklərin artması arıların yox olmasını sürətləndirir. Mütəxəssislərsə arıların azalmasının ümumən bəşəriyyəti təhdid etdiyini bildirir.  Çünki Yer üzündəki bitkilərin böyük qismi məhz arı və kəpənək kimi canlıların daşıdığı tozcuqlar sayəsində yetişir.