Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Sherg.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyunun 5-də gecə və səhər dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 700 - 1 000 m-dək məhdudlaşacağı ehtimal olunur.