"Mübarizəmizi davam etdirəcəyik..." - İlkinin qardaşı

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, İlkin Süleymanov 18 il azadlıqdan məhrum edilib.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, belə bir qərarın veriləcəyini 90 faiz gözləyiblər:


"Biz hər şeyə hazır idik. Ancaq bu qədər ağır təsir göstərəcəyini düşünmürdüm. Hamımız anlamışdıq ki, saxta qərar verəcəklər. Biz isə mübarizəmizi sonuna qədər davam etdirəcəyik. Yəni saxtakarlara qalib gəlmək və ədalətin bərpa olunması üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, prokuror İlkin Süleymanovun 20 il həbs cəzası istəmişdi.