Uşaqların pis vərdişlərinə görə valideynlər cərimələnsin

Effekt 99 faiz civarında olacaq  

 “Uşaqların siqaret çəkməsinə görə valideynlərin cərimələnməsini təklif edirəm. Həm də mən təkcə siqaretə görə yox, uşaqların törətdikləri bütün cinayətlərə görə valideynlərin həbs edilməsini, vurduqları bütün zərərin 2 qatının valideynlərə ödətdirilməsini təklif edirəm”. 

Bu sözləri Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq  Elçin Bayramlı deyib. Onun sözlərinə görə, yeniyetmə maşınla qəza törədirsə, valideyn dərhal və qeyd-şərtsiz həbs edilməli, vurulan ziyan valideynə ödətdirilməli, maşın müsadirə edilərək satılmalı və pulu uşaq evlərinə köçürülməlidir: 

“Bu pullarla internat uşaqları ekskursiyalara aparılmalıdır. Sizi inandırıram ki, bu tədbirlər valideynləri uşaqlarına tərbiyə verməyə məcbur edəcək, burada effekt 99 faiz civarında olacaq və alternativ heç bir yol yoxdur”.