Vətəndaşlar sığorta şirkətləri tərəfindən get-gələ salınır

Odur ki, şirkəti seçən zaman diqqətli olmaq lazımdır


Mərkəzi Bank tərəfindən may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə "şikayət indeksi" açıqlanıb.

Bankdan  verilən məlumata görə, ən çox şikayət olunan  şirkətlər arasında "AzSığorta" ASC, "Atəşgah Sığorta" ASC, "İpək Yolu Sığorta" ASC ilk üçlükdədir. 

Qeyd edək ki, "AzSığorta" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.
 
 
"Naxçıvansığorta" ASC üzrә isə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.
  
"İpək Yolu Sığorta" ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaq.
  
Hüquqşünas Əkrəm Həsənovun “Sherg.az”a açıqlamasına görə,  sürücülər bəzi sığorta şirkətlərinin qəza zamanı onların sığortalarının vaxtında ödənməməsi və digər bu kimi problemləri daha çox dilə gətirirlər: “Sığorta şirkətləri ilə müştərilər arasında yaranan mübahisəli halların çoxu zərərin məbləği ilə əlaqədardır. Vətəndaşlar şirkətlər tərəfindən get-gələ salınırlar. Odur ki, sığorta şirkəti seçən zaman da bu kimi problemlərlə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.

Çox təəssüf ki, ölkəmizdə müştərək sığorta növü yoxdur. Bizdə yalnız kommersiya sığorta şirkətləri və sığorta növü mövcuddur. İnkişaf etmiş ölkələrdə sığortanın təkcə bir növü deyil, həmçinin müştərək sığorta da var. 

Yaxşı olar ki, Azərbaycanda müştərək sığorta modeli tətbiq olunsun və bu, kommersiya sığortasından bir çox xüsusiyyətinə görə fərqlənir. Kommersiyada siz avtomobilinizi sığorta şirkətinə illik müəyyən haqq verməklə sığortalayırsınız. İl ərzində hər hansısa sığorta hadisəsi baş verməsə, sizin pulunuz sığorta şirkətinin sahibinin cibinə gedir. Bu da ona səbəb olur ki, sığorta şirkətləri sığorta hadisəsini tanıyıb vəsaiti ödəməkdən yayınır. Çünki gəlirindən olur. Ona görə də bütün bu cür neqativ hallar yaranır. Mərkəzi Bank bu proseslərə düzgün nəzarət etsəydi, bu cür olmazdı”.