Ələkbər Rəşadın görüşünə gedib? 

“Rəşad Dağlı ilə Ələkbər Yasamallının əlaqə saxlayıb-saxlamadığını bilmirəm. O ki qaldı, görüşə getsə, xəbərimiz olardı”.

Bu sözləri “Sherg.az”a açıqlamasında həbsdə olan söz ustası Rəşad Dağlının dostu, prodüser Ataş Hüseyn deyib.
O, Rəşadla Ələkbər Yasamallının məlum hadisədən sonra danışıb-danışmadığı ilə bağlı sualı cavablandırıb:

“Ələkbər getsə də, ona görüşə icazə verməzlər. Çünki qarşı tərəfin qohumudur. Proses də hələ davam edir. Yəqin ki, hər şey bitdikdən sonra görüşərlər. Çünki Ələkbərlə arasında bir şey yoxdur. Onlar sənət yoldaşı, dost olublar”.

Qeyd edək ki, R. Dağlı Yasamallının bibisi oğlu İskəndər Mehtiyevi qətlə yetirib.