Türkiyənin Adana şəhərində temperatur 50 dərəcəni keçib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, şəhərdə iki vətəndaş - Mehmet Karaca və Mahmut Kurt günəşdə qızdırılan bir sacda kolbasa və yumurta bişirərək Adana Tostu hazırlayıb.
Karaca və Kurt 2 saat günəş altında bişirdikləri qidanı tərifləyiblər.
Bu isti havada ilk dəfə Adana Tostunu hazırladığını ifadə edən Mahmut Kurt, “Çox qürur duyuram, tost da çox dadlı oldu. Hamı bu ölkənin istisini görsün, yandıq” deyə bildirib.