Ütüləmə dövrünə son! Paltarları ülgüc kimi göstərən...

Yuyulmuş paltarların ütülənməsi insanların çox vaxt itirməsinə səbəb olan çətin bir prosesdir. Ancaq bu təkliflər sayəsində paltarlarınızı ütüləmədən səliqəli etmək mümkün olacaq. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir çox insanın əsəbinə toxunan paltar ütüləmək çox vaxt aparır və zəhmət tələb edir. 
Ütüdən gələn isti buxarı və yayın istisini nəzərə alsaq bəzi adamlara işgəncə kimi görünən bu prosesi 5 təbii üsulla həll etmək mümkündür.

Sirkə
Evlərimizdə əskik olmayan bir çox salat növlərində istifadə etdiyimiz sirkəni zaman- zaman təmizlik materialı olaraq istifadə edə bilərik. Hər sahədə fərqli problemlərə çarə olan sirkə qırışmış paltarların öhdəsindən gəlir.

Bunun sayəsində paltarlar daha hamar və yumşaq olur. Paltarınızı yumazdan əvvəl yarım stəkan sirkə əlavə edin. Sonra başqa heç nə qarışdırmadan  yuyun. Fərqi görəcəksiniz.

Buxar
Hər insana uyğun bir üsul olmasa da, buxar üsulu sayəsində işiniz çox asanlaşa bilər. Buxar paltarın daha hamar bir forma almasına kömək edir.

Paltarı  buxar üsulu ilə nəmləndirmək lazımdır. Bunun üçün bir buxar maşını istifadə edə bilərsiniz. Bu şəkildə paltar  nəmlənəcək və yumşaldılacaq. Son mərhələdə geyimləri düzgün şəkildə qatlayın. Beləliklə, onu geyindiyiniz ana qədər toxunulmaz qalacaq

Duz
Sirkə kimi duz da hər sahədə imdadımıza gəlir.   Əgər qırışmış paltarı  hamarlamaq üçün çox çalışırsınızsa, duz ilə bu prosesi sürətləndirə bilərsiniz. Paltarınızı yumadan əvvəl suya bir neçə qaşıq duz əlavə edin. Sonra normal şəkildə yuya bilərsiniz.

Limon
Sağlamlıq problemlərinin həllində təsirli rol oynayan limon bu dəfə paltar problemlərini də kökündən həll edə bilir. 

Limon paltarların  daha parlaq, təmiz və yumşaq görünməsinə kömək edir. Paltarı  yumadan əvvəl bir limonun suyunu sıxıb suya əlavə edin,  yuyulduqdan sonra təsirini görə bilərsiniz.

Ütüləmə prosesini asanlaşdırmaq üçün çamaşırları düzgün şəkildə quruta bilərsiniz. Ütüləmə prosesindən əvvəl bu cür hazırlıqları əlavə etdikdə ütü o qədər də çətin olmaya bilər ki, bu da ümumiyyətlə insanları yorur.

Çamaşırlarınızı qurudarkən, mümkün qədər səliqəli asmağa diqqət etməlisiniz. Bunun üçün qədim üsul olan paltarları  yaxşıca çırpmaqdır.  Bu mərhələdə nə qədər diqqətli olsanız, əskiləri ütləməyə ehtiyac qalmaz.