Qənirə Paşayevanın 40 mərasimi keçirilib

Bu gün mərhum millət vəkili, Türk dünyasının sevilən siması  Qənirə Paşayevanın 40 mərasimi keçirilib.

Sherg.az xəbər verir ki,  Heydər Məscidində keçirilən mərasim saat 11:00-da başlayıb, 15:00-a qədər davam edib.

40 mərasimində Türk dünyasından gələn qonaqlar, millət vəkilləri, Qənirə Paşayevanın dostları, ailəsi iştirak edib.  

Qeyd edək ki,  Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.