Yoqa məşqləri insanın özünə verə biləcəyi ən gözəl hədiyyədir

Çarəsi olmayan xəstəlikləri yaxına buraxmır


Bu o qədər hərtərəfli praktikadır ki, sağlamlığı, gözəlliyi, gücü, zəkanı, imanı və daha nələri elmi ilə əhatə edir

Bəzi məşqləri böyrək fəaliyyətini stimulyasiya edir və onurğanı möhkəmləndirir
 



  “Yoqa insanı sakitləşdirir, stress səviyyəsini azaldır, gücü artırır və fitnesin qorunmasına kömək edir”. Bu barədə “Men Today” jurnalının araşdırmasında qeyd olunub.
Bildirilib ki, yoqa kişilərdə çevikliyi inkişaf etdirir. Bu da idman zədələri riskini azaldır və məşqi daha effektiv edir: “Yoqanın daha bir üstünlüyü odur ki, o, qaməti yaxşılaşdırır, arxa əzələləri gücləndirir və onurğa sütununu uzadır, ona görə də oturaq həyat tərzi keçirən insanlar bu tip məşqləri nəzərdən keçirməlidirlər”.
  
Yoqa bələdçisi Vəfa Əsgərova isə “Sherg.az”a açıqlamasında deyib ki, 
yoqa insanın fiziki sağlamlığına kömək etdiyi kimi, həmçinin insanın mənəvi cəhətdən inkişafına, mənfi enerjini dəf etməsinə, daha gümrah olmasına, problemlərlə rahat mübarizə aparmasına, sağlam fikirlərin təməlinin formalaşmasına kömək edir: 
“Azərbaycanda yoqaya diqqətin artması sevindirici haldır. İndi ölkəmizdə yoqa ilə məşğul olan zallar mövcuddur, həmçinin sərbəst şəkildə də yoqa ilə məşğul olan şəxslər sürətlə artır. Evdar xanımlar, gənclər, hətta uşaqların belə yoqaya marağının artması çox gözəl hal hesab olunur. Bu zaman insan təkcə idman etmiş sayılmır, həm də ruhun təmizlənmə prosesini də həyata keçirir. Yoqa edərkən hər kəs elədiyi və eləmədiyi, düşündüyü və düşünmədiyi şeylərlə özünü rəsm edir və gələcək karmasını formalaşdırır. Düşüncə, söz, əməl - heç biri itmir, hamısı bizi və gələcəyimizi müəyyən edir”.
  
Bələdçinin sözlərinə görə, yoqa zamanı əhəmiyyətli məsələlərdən biri düzgün şəkildə nəfəs alıb-vermək, alınan nəfəsi ciyərlərimizdə hiss etməkdir. Bu proses təkcə mənəvi cəhətdən deyil, həm də bədənin düzgün şəkildə inkişafına, fiziki cəhətdən rahatlanmasına kömək edir: 
“Yoga yalnız burun vasitəsilə nəfəs alır. Başlayanlar üçün yenidən qurulmaq çətindir, amma bu, bütün praktikanın vacib bir hissəsidir. Yoqa həmişə təbiətlə əlaqələnir, bunda onun gizli cazibəsi var.
Yoqa ilə məşğul olunan zaman dünya ilə əlaqələr kəsilir və ancaq öz dünyasında fəaliyyət göstərilir. Zehnin dərinliklərində  narahat edən, düşündürən problemlərdən uzaqlaşılır. Beyin təmizləndiyi üçün neqativ enerjilərdən uzaqlaşılır. İçi rahat, sakitləşmiş beyinlə artıq daha düzgün baxış açısından baxır, əsəbiləşib neqativ enerjilərlə yüklənmək əvəzinə sakitliyini qoruyub çıxış variantları axtarmaqa çalışır. Onu deyim ki, yoqa praktikasının keyfiyyəti gədər, əynimizdəki paltar da bu keyfiyyətə təsir edir. Çox gen və çox dar da olmamalıdı. Hərəkətlərdə məhdudiyyət yaratmamalıdır”.

V.Əsgərova deyib ki, yoqa praktikası, o qədər hərtərəfli praktikadır ki,
sağlamlığı, gözəlliyi, gücü, zəkanı, imanı və daha nələri elmi ilə əhatə edir: 
“Yoqa elminin pillələri müxtəlif xəstəlik və narahatlıq doğuran hissləri bədəndən təmizləyir. İmmuniteti də gücləndirir. Yəni yoqa məşqi  orqanizm üçün süni stress yaradır və bununla işləməyi də praktika içərisində görsədir. Nəticədə daha güclü, daha dayanıqlı və sağlam bir orqanizmə sahib olmaq mümkündür. 
  Bəzi məşqləri  böyrək fəaliyyətini stimulyasiya edir və onurğanı möhkəmləndirir. Hətta skolioz xəstələri üçün yoqa praktikasında olan başıaşağı asanalar xüsusi yer tutur.  Nəfəs praktikası simpatik sinir sistemini aktivləşdirir. Bir sözlə, yoqa məşqləri  özümüzə verə biləcəyimiz ən gözəl hədiyyədir. Tibdə çarəsi olmayan xəstəlikləri belə üzə çıxmağa qoymur, bütün bədən üçün sağlamlaşdırıcı, gözəlləşdirən və  təmizləyici rol oynayır”.