Oğlunun vəsiyyətinə əməl etdi: Evinin önündə özünə məzar qazdırdı

Qalstuk  kolleksiyaçısı Bedir Akbulut sağ ikən özünə məzar düzəltdirən az sayda insanlardan biridir. Fərq burasındadır ki, 71 yaşlı kolleksiyaçı məzarını evinin önündə yerləşdirib.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, B.Akbulutun məzarını öz evinin qarşısında qoymasının özəl səbəbi var. 1 ay əvvəl B.Akbulutun böyük oğlu Mehmet ALS xəstəliyindən vəfat edib. Ölməzdən əvvəl Mehçet atasına “ata, öz məzarını evimizin qarşısında qoy. Başdaşı əvəzi lövhədə də “qalstuk kolleksioneri Bedir Akbulut burada dəfn edilib, yazdır”, deyib. Ata da oğlunun vəsiyyətini yerinə yetirib. Evnini önündə məzar qazdırıb, üzərində qalstuk şəkli olan lövhəyə ad və soyadının yazdırıb. Akbulut ailəsi Vanın Gürpınar əyalətində, Yolaşan Məhəlləsinə aid “Bədir bəy” səmtində yaşayır. B.Akbulut 4 övlad atasıdır. 

O, bölgədə qalstuklara aludəçiliyi ilə məşhurdur. B.Akbulut  7 yaşından qalstuk taxmağa başlayıb, indiyədək də kimsə onu qalstuksuz görməyib. Hətta təsərrüfatla məşğul olarkən də qalstuk taxır. 64 ildir qalstuk kolleksiyası toplayır. B.Akbulutun kolleksiyasında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın, sabiq baş nazir Binali Yıldırım və daha neçə məmur, siyasətçi, eləcə də qohumlarının, yaxınlarının ona hədiyyə etdiyi 2 minə yaxın qalstuk var. “Məzarımı hazırlatmağa 20 min TL xərclədim. Görənlər təəccüb edir. Məndən niyə belə bir şey hzırlatdığımı soruşurlar. Mən də “oğlumun vəsiyyətidir”, deyirəm. Məzarıma doğum tariximi yazdırmışam, ölüm tarixi boş qalıb. Nə zamaan ölsəm, övladlarım o tarixi də həkk edəcək. Lövhədə iki tərəfdə qalstuk rəsmi çəkdirmişəm. Görənlər mənim qalstuk həvəskarı olduğumu bilsinlər”, deyən B.Akbulut nə qədər ki həyadadır, qalstuk kolleksiyası toplamağa davam edəcəyini söyləyib.