Elə vəziyyətlər ola bilər ki, geriyə baxdıqda, xarici amillərə görə vaxt itirdiyinizi hiss edirsiniz. Bir çox insan keçmişlə bağlı “kaş” sözünü tez-tez işlədir. Dünyanın ən yaşlı insanları da keçmişdə geri ala bilməyəcəkləri bəzi məqamlara görə təəssüflənirlər.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "LongeviQuest" adlı təşkilat 110 və daha çox yaşı olan insanların fikirlərini öyrənib. "Keçmişdə edə bilmədiyiniz, peşman olduğunuz nələr olub" deyə soruşub.
İnsanların əksəriyyətinin 1900-cü illərdə müharibə, qıtlıq və müstəmləkə problemləri kimi böyük hadisələri yaşadıqlarını ifadə edib. İnsan həyatına və psixologiyasına təsir edən bu olayların zamanında çətinliklər yaratdığı məlum olub.
Araşdırmalara görə, müsbət tarazlığın və müsbət psixi münasibətin uzun ömrün açarı olduğu ifadə edilir. 100 yaşı tamam olan insanlar heç nəyə görə narahat olmayan, stress keçirməyən və peşmançılıqları düşünməyən adamlardır.
Hazırlanan araşdırmada "bu gün olsa, nəyi fərqli edərdiniz?" sualı insanları duyğulandırıb. 'Etmədiyinizə, qatarı qaçırdığınıza görə peşman olduğunuz şeylər varmı?' sualın fərqli cavablar verilib. Və "daha nəyə görə peşimandırlar" sualına verilən cavablar bunlardır:
1- Ailə ilə daha çox vaxt keçirməmək
Müsahiblər qeyd edirlər ki, ən çox təəssüf etdikləri məqam ailə ilə daha çox vaxt keçirməmək olub. Bu ən populyar cavab olub.
2- Çox çalışmaq
114 yaşlı Xuan Visente Peres Mora daha az işləməyi arzulayıb. Bu dövrdə yaşayan insanlar 13-14 yaşlarından ailə təsərrüfatlarında, ümumiyyətlə, səhərdən axşama kimi fiziki əmək tələb edən işdə çalışırdılar.
Araşdırmada iştirak edən bir çox insan da eyni vəziyyətdən təəssüflənir. İşləyib yorulmaq əvəzinə sevdikləri ilə daha çox vaxt keçirmək istədiklərini bildirirlər.
3- Daha çox səyahət etmək
Araşdırmalara görə, ən çox görülən istəklərdən biri çox səyahət etməməkdir. Vaxtında səyahət etmək fürsəti yaratmamaq və ya qarşımıza çıxan bəzi hallardan yararlanmamaq insanların gələcəkdə peşman olacağı şeylərdən biridir.