Heyva yeyərkən üzərinə limon sıxın!

Bu, meyvəni daha da yumşaldacaq, üstəlik ona əlavə ləzzət qatacaq 

 
 Hazırda heyva mövsümüdür. Lakin bir çoxları heyvanın quruluğu səbəbindən bu ətirli, dadlı və faydalı meyvədən imtina edir.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən heyvanın necə rahatlıqla yeyilə bilməsi barədə mütəxəssis rəyini təqdim edir. Mütəxəssislər bildirir ki, heyva tərkibndəki vitamin bolluğuna görə qış aylarının vazkeçilməz meyvəsidir.  Amma bu da məlumdur ki, heyvanı kəsmək, doğramaq nə qədər çətindirsə, yemək də bir o qədər çətindir. Heyvadakı quruluq, yeyərkən boğazda ilişib qalması, udqunmada çətinlik insanların bu meyvədən imtinasıyla nəticələnir. Heyva sərt meyvədir. Lakin onu yumşaltmağın üsulu var. Heyvanı kəsib doğramağa tələsməyin. Əvvəlcə heyvanın üzərinə - qabığına taxta qaşıqla sanki suda bişmiş bir yumurtaya vururmuş kimi xəfif, yüngül zərbələr endirin. Bu, heyvanın sərt qabığını yumşaldacaq. Sonra isə heyvanı bıçaqla doğramayın, qaşıqla səthində oyuqlar açmağa çalışın, oyuqlar açdıqdan sonra doğrayın. Açılan oyuqlara da, doğranmış dilimlərə də limon suyu damcıladın, bu, heyvanı daha da yumlaşdacaq, üstəlik ona əlavə ləzzət qatacaq. Bu cür etsəniz, heyvanı rahatlıqla yeyə biləcəksiniz. Heyvanın faydaları saya gəlməzdir. Həzm sistemini asanlaşdırır, lif baxımından zəngin olan heyva toxluq hissi verir, qəbizliyin qarşısını alır. Öskürəkdən xilas olmaq üçün də heyvanı sobada yumşaldıb yemək, qaynadıb suyunu içmək məsləhətdir. Heyvanın tərkibindəki antioksidantlar dəri hüceyrələrini də qoruyur, dəri toxumalarını yeniləyir. Tərkibindəki C vitamini immuniteti gücləndirir. Hətta xərçəng xəstəliyinin qarşısını alır.