Bu çiçəyə yüksək tələb var

Yeni ilin simvollarından birinə çevrilən, şans və bolluq gətirdiyinə inanılan kokuina çiçəkləri böyük diqqət çəkir. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki,  xüsusilə sosial mediada getdikcə populyarlaşan bu çiçək 125-150 TL arasında satılır. Bildirilir ki, məhsul azalarsa, onun da qiyməti artacaq.

Kokuina çiçəyinin hər il olduğu kimi bu il də ən çox satılan çiçəklərdən biri olduğunu ifadə edən İzmir Gülçülər və Biznesmenlər Palatasının sədri Kazım Kış əvvəllər tələbatın çox az olduğunu, lakin sosial media ilə tələbatın daha da artdığını söyləyib.

Ayın sonu yaxınlaşdıqca kokina qiymətlərindəki artımın gündən-günə artacağını ifadə edən Kış, "Hazırda qiymətlər 125 ilə 150 ​​TL arasında dəyişir. Ancaq məhsul azaldıqca qiymətlər dəyişir.  Qiymətlər 200-250 TL-yə qədər arta bilər. Kokina çiçəyi qara bazara dadaxil ola bilər”-deyə bildirib.