Azərbaycanda bu il 62 mln. manat güzəştli kredit verilib

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 1684 layihənin maliyyələşdirilməsinə 61,3 milyon manat güzəştli kredit verilib.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan (SİF) bildirilib.
Məlumata görə, verilmiş kreditlər hesabına 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur.