Qəhvə nə zaman içilməlidir? -Ekspertlər doğru vaxtı açıqladı

 İnsanların bir çoxu gün ərzində gümrah qalmağın yolunu qəhvə içməkdə görür. İş gününə başlayarkən, yorğunluq hiss etdikdə, baş ağrısı zamanı, hətta qanda şəkərin miqdarının düşdüyünü əsas gətirib əlacını qəhvədə görənlər var. Tədqiqatçılar qəhvə içilməsi üçün ən doğru zamanı müəyyənləşdirməyə çalışıb. Ortaya maraqlı nəticə çıxıb.
 “Sherg.az” “NTV.com.tr”yə istnadən qeyd edir ki, Northzvestern Universitetinin Feinberg Tibb Fakültəsindən tədqiqatçı Merlin Cornelis “New-York Times”ə verdiyi müsahibəsində “hər kəs kafeinə fərqli təpki verir” söyləyib. M.Cornelis kafeinin insanı uzun müddət gümrah və oyaq saxlamasında genetikanın əhəmiyyətli rol oynadığını deyib. Kafein orqanizmdə təbii şəkildə əmələ gələn və yorğunluğu artıran kimyəvi maddə adenozin ilə qarşı-qarşıya qaldıqda yuxuya getməyi çətinləşdirir və yuxunun müddətini azaldır. Arizona Universitetindəki yuxu və sağlamlıq araşdırma proqramının icraçısı Maykl Grandner “Times”a açıqlamasında kafeinin təsirlərini hiss etmək üçün təxminən 20- 30 dəqiqə lazım gəldiyini söyləyib. Araşdırmacı Grandner deyib ki, insan yuxudan  oyandıqdan sonra ilk qəhvəni içmədən öncə əsasən, 30-60 dəqiqə gözləməlidir: “Yuxudan oyanan kimi, gözləriniz açılar-açılmaz qəhvə içmək zərərlidir. Tədqiqatçı tövsiyə edir ki, səhər saatlarında ilk qəhvəni yuxudan oyandıqdan heç olmasa, 45 dəqiqə sonra içmək məsləhətdir. Kortizol (stres) hormonu yuxu ritmini təqib edir. Yüksək kortizol səviyyələri orqanizmin immun sisteminə mənfi təsir edir. Stress hormonunun səviyyəsi yüksəkdirsə, yuxudan oyanar-oyanmaz qəhvə içmək orqanizmə zərər verməklə yanaşı, həm də insanı kafeindən asılı hala gətirəcək. Tədqiqatçı axşamlar yatmazdan əvvəl qəhvə içmək vərdişindən əl çəkməyi də məsləhət görüb. Qəhvəni yatmazdan ən azı 6 saat əvvəl içmək məsləhətdir.