Sosial mediada yayılan görüntülərdə müxtəlif üsulla saxta pulu gerçək manat kimi göstərib vətəndaşa təqdim ediblər. Bu görüntülər müzakirələrə səbəb olub . Görüntülərdəki şəxs qeyd edib ki, bu pullar istənilən ödəmə terminallarından rahatlıqla keçə bilir. Maraqlıdır ödəniş terminalları saxta pulu necə götürür? Bu mümkündürmü?
İT üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, saxta əskinasların ödəmə terminallarından keçməsi dələduzluğun daha mürəkkəb bir növüdür:
''Ümumiyyətləi, ödəmə terminalları nağd pul qəbul edən cihazlardır. Onlar pulun həqiqiliyini müəyyən edən müəyyən mexanizmlərə malikdirlər. Lakin əgər bu mexanizmlər tam müasir deyilsə və ya düzgün işləmirsə, saxta pulların keçməsinə səbəb ola bilər. Cinayətkarlar əməllərini icra etmək üçün bəzi hallarda terminallara texniki müdaxilə edərək onların pul qəbuletmə mexanizmlərini manipulyasiya edə bilərlər. Bu hal isə terminallara proqram və ya fiziki modifikasiyalar edərək saxta pulların tanınmasına mane olmaqla mümkündür. Təbii k,i bu növ texniki müdaxilə xüsusi texnologiya tələb edir''.