Bu gün "Koroğlu" metrostansiyasında sərnişin sıxlığı müşahidə olunub.
Axar.az xəbər verir ki, bu barədə Report-a Bakı Metropolitetnindən bildirilib.
Qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.
"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - məlumatda qeyd olunub.