Sülhdən danışılsa da, müharibə ehtimalı yüksəkdir - POLİTOLOQ
Yusif Nəzərli
02:41 05.04.2025
Region
432
Zəngəzurun dünyanın növbəti hərbi eskalasiya coğrafiyasına keçməməsi üçün bölgədə yeni düzən olmalıdır
"Sülh müqaviləsi hazır olsa da, müharibə ehtimalı yüksəkdir". Bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, bəziləri dünya birliyi buna razı olmaz deyir:
"Hansı dünya birliyi? Azərbaycan Ordusu müdafiə olunur və bir neçə gündür səbr nümayiş etdirir. Bunun müqabilində dünya birliyi Ermənistan ordusunun təxribatları fonunda susur. Tovuz döyüşlərində də susurdular. 44 günlük müharibəyə bir neçə gün qalmış da susurdular. Müharibəyə 3 gün qalmış Azərbaycan Prezidenti İlham Əliyev BMT tribunasında Ermənistanı və beynəlxalq ictimaiyyəti xəbərdar etdi. Nəticədə növbəti dəfə atəş açan erməni ordusuna qarşı genişmiqyaslı əməliyyatlara başlandı. 1918-ci ildə erməni hökuməti AXC hökuməti qarşısında Qarabağa iddia etməyəcəkləri barədə öhdəlik götürdü, lakin elə həmin il öhdəlik pozuldu. 1920-ci illərdə qanunsuz olaraq torpaqlar Ermənistan SSRİ-yə verildi".
Analitik vurğulayıb ki, ermənilərin apardığı siyasət nəticəsində XX əsrdə dəfələrlə minlərlə azərbaycanlı həlak olub:
"Psevdo-liberallar nə istəyir? Bunları unudaq və inanaq ki, ermənilər bir daha bizə hücum etməyəcəklər. Əlbəttə, bu, cəfənfiyyatdır. Zəngəzurun dünyanın növbəti hərbi eskalasiya coğrafiyasına keçməməsi üçün bölgədə yeni düzən olmalıdır. Ermənistan ordusunun son bir həftə ərzində mütəmadi olaraq atəşkəsi pozması, Naxçıvan da daxil olmaqla bütün şərti sərhədlərə ən müasir hərbi texnikalar cəmləşdirməsi, qurğular yerləşdirməsi, istehkamlar qurması onların təxribata başlaya biləcəkləri ehtimalını artırır. Azərbaycan tərəfi özünümüdafiə hüququna malikdir. Sülh mətninin hazır olduğu vaxtda Ermənistan hökumətinin hərbi eskalasiyaya getməsi Paşinyan-Makron geosiyasi oyunu ola bilər. Azərbaycan sülhə hazırdır və əgər Paşinyan səmimidirsə, vaxtı uzatmasın. Referendumun tarixini elan etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat