
Tanınmış həkim: Antibiotiklərin təsirindən orqanizmdə göbələk xəstəliyi yaranır
12:41 09.04.2025
Sağlamlıq
421
Bəşəriyyət tezliklə ciddi bir təhdidlə - göbələk infeksiyalarına qarşı effektiv müdafiənin olmaması ilə üzləşə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi iki hesabatda xəbərdarlıq edilib.
Sənədlərdə göbələk patogenlərinin mövcud dərmanlara qarşı artan müqaviməti və müasir diaqnostika metodlarının kifayət qədər olmaması vurğulanır.
Analitiklərin məlumatına görə, mikozlarla çox vaxt ağır xəstələr qarşılaşır.
"Bu zaman onların müalicəsinə infeksiyanın dərmanlara qarşı müqaviməti və belə xəstələrin orqanizminin zəifliyi mənfi təsir göstərir. Bununla əlaqədar olaraq, "kritik prioritet qrupu"na aid olan göbələk infeksiyaları - kriptokoklar, aspergillər və kandidalar - ilə yoluxma zamanı ölüm hallarının sayı 88%-ə çata bilər", - deyə hesabatlarda qeyd edilir.
Xatırladaq ki, bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiyanın nəzəri risk deyil, epidemioloji müəyyənlik olduğunu bildirmişdi. Təşkilatın rəhbəri əmindir ki, bu baş verəcək və bəşəriyyət buna hazır olmalıdır.
Daha əvvəl ÜST Avropa səhiyyə sisteminin problemlərinə diqqət çəkmişdi. Təşkilatın ekspertlərinin fikrincə, bu sistem durğunluq içindədir və bir sıra istiqamətlərdə geri qalır. ÜST-də xüsusilə Avropa regionunda hər beş yeniyetmədən birinin psixi pozğunluqlardan əziyyət çəkdiyi qeyd edilmişdi.
Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, göbələk adətən iltihabi proseslərdə baş verir:

“Xəstələrə bu zaman antibiotiklər təyin olunur. Qrip və Covid kimi virusların hər birində orqanizmdə hərarət qalxır. İltihabın qarşısını almaq üçün antibiotiklər yazırıq. Həmin antibiotiklərin təsirindən isə orqanizmdə göbələk xəstəliyi yaranır. Ona görə həkimlər hər zaman hər hansı bir antibiotiki qəbul edərkən göbələyə qarşı dərman yazırlar. Ümumiyyətlə göbələk, ağız boşluğunda, mədə-bağırsaq sistemində və dırnaqlarda daha sıx görülür. Bu göbələklər də uzun müddət davam edir. Digər tərəfdən göbələk irsi deyil, keçicidir. Ona görə də insanlar bərbərxanaya gedərkən belə öz alətləri olmalıdır. Hətta ev tərliklərindən belə ehtiyatlı olmaq lazımdır. Çünki hər kəsin dərisi və bədəni başqa formadadır. İnsanlar çalışmalıdır ki, şəxsi gigiyenik vasitələri yalnız özlərinə məxsus olsun. Həmçinin uzunmüddətli müalicələrin sonu göbələklə nəticələnə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya