Sol qolun keyiməsi... - Səbəb, fəsad və müalicə




Sol qolun keyiməsi əsasən qoldakı sinirlərə təzyiq düşməsindən və ya zəif qan dövranından ortaya yaranır.

Sherg.az xəbər verir ki, bəzən qollarda kəskin şəkildə ağrı ilə birlikdə yanma və tikan batması kimi hiss yaranır. Sol qol uyuşması anidən başlaya, ya da mərhələli olaraq inkişaf edə bilər.

Əksərən qol uyuşması həyatı təhlükə yaradan hal olmur amma ürək xəstəliklərinin xəbərçisi ola bilər. Bu səbəbə, sol qolda ağrı və uyuşmalar gözardı edilməməli, həkimə müraciət olunmalıdır.
Sol qolun uyuşmasının səbəbləri:

1. Sinir sıxılması və zədə

Mərkəzi sinir sistemlərindən sol qola uzanan sinirlərdə sıxılma və zədə sol qolun keyiməsində çox geniş yayılmış bir səbəbdir. Sinir zədəsinin bir çox səbəbi olmaqla bərabər əsas səbəb xüsusilə şəkər xəstələrində görülən diabetik nöropatidir. Bundan başqa, qolun üzərində yatmaq kimi qolda təzyiqə səbəb olan hallar sinir sıxılması və ziyanına səbəb ola bilər.

2. Qan dövranı pozğunluğu

Qan dövranı pis olduqda bədənin uc nöqtələrinə kifayət qədər qan getməz. Bu halda xüsusilə əl və qollarda uyuşma və tikan batması hissi ortaya çıxa bilər. Qan dövranının istiqamətinə görə bundan daha çox sol qol təsirlənir. Qan dövranı pozğunluğu bir çox səbəblə yaranır. Yağlılığı yüksək qidalar qəbul etmək, yüksək xolesterin, hərəkətsiz həyat tərzi, siqaret çəkmək kimi amillər qan dövranını pozur. Qan dövranı pozğunluğu ürək narahatlığına da işarə edə bilər, buna görə ciddiyə alınmalıdır.

3. Damar sərtliyi kimi ürək problemləri

Sinə ağrısının səbəbi adətən damar sərtliyidir. İnfakt vəziyyətində ürəyə gedən damarlarda sərtlik meydana gəlir. Döşdəki ağrı müşayiəti ilə sol qolun uyuşması, ürək infaktının ən əsas əlamətlərindəndir. Aşağı xolesterin pəhrizi və uyğun müalicə ilə damar sərtliyi yaxşılaşdırıla bilir.

4. Spirt və siqaret aludəçiliyi

Həddindən artıq spirtli içki və siqaret qəbulu sinirlərin zədələnməsinə və irəliləyən zamanlarda hissi pozğunluğa səbəb ola bilər.

5. Vitamin çatışmazlığı

Diqqətsiz qidalanma və vitamin çatışmazlığı (xüsusilə B vitamini) orqanizmin müxtəlif bölgələrində tikan batması və keyiməyə səbəb ola bilər.

6. Sınıqlar

Qolda, dirsəkdə, ya da barmaqda olan sınıqlar əldə uyuşma hissinə səbəb ola bilər. Əllərdəki və qollardakı keyiməni qırıq olan bölgədəki kəskin ağrı müşayiət edir. Körpücük sümüyündəki, çiyin, qolun üst və ya alt hissəsindəki sınıqlar sol qolda uyuşmaya səbəb ola bilər.

7. "Brakial pleksus” yaralanması

Brakial Pleksus - onurğadan gələn siqnalları çiyin və qollara çatdıran sinir torudur. Bu tip yaralanmada əlinizə gedən sinirlər yırtıq ya da çox gərgin olur. Karpal tunel sindromu da bu növ bir sinir bəlasıdır və barmaqlarda hissizliyə səbəb ola bilər.

8. Əl və qollardakı kistlər

"Ganglion kisti” bilək və əllərdəki xərçəng təhlükəsi olmayan şişlərdir. Qısa müddət ərzində qəfildən, ya da tədricən inkişaf edə bilir. Bu kistlər əsasən ağrıya səbəb olmur və müalicə tələb etməz. Şişlər hərəkət qabiliyyətinə mane olduqda, ya da estetik cərrahi bir əməliyyatla götürülə bilər.

9. "Raynaud” sindromu

Temperaturun aşağı olduğu şəraitlərdə barmaqların soyumasıdır. Bu narahatlıq olduqda qollara qan daşıyan arterlər daralır, bu da qolda uyuşmaya səbəb olur. Bir çox qadının əziyyət çəkdiyi bu xəstəliyin müalicəsi simptomların sıxlığı və şiddətinə uyğun dəyişiklik göstərə bilər.

10. "Kübital Tunel” sindromu

Dirsək sinirlər "kübital tunel” adlanan dar bir keçiddən keçir. Burada bir sümük sınığı, kist, ya da dirsək sınığı üzündən uyuşma, tikan batma hissi, ya da qavrama qabiliyyətində problem müşayiət oluna bilər. Bu vəziyyət "kübital tunel” sindromu və ya "ulnar tələ” sindromu adlanır.

11. Enmə

Enmə zamanı beyinə gedən qan azalır, ya da maneəyə uğrayar. Bu zaman beyin oksigen və qidadan məhrum qalar. Bu da bədənin bir tərəfində keyiməyə səbəb ola bilər. Yüksək təzyiq və siqaret qəbulu enmənin geniş yayılmış səbəblərindəndir.

12. Əzələ dartılması

Ağır bir əşya qaldırarkən əzələ dartıla bilir. Bu vəziyyətdə uyuşmanı azaltmaq üçün bölgəyə soyuq bir şey qoymaq lazımdır. Uyuşma sol çiyində, çənədə və sinədə ağrı ilə müşayiət edilirsə, xəstə mütləq xəstəxanaya getməlidir.

Sol qolun uyuşmasının müalicəsi

Müalicə, uyuşmanın səbəbindən asılı olaraq dəyişir. Amma aşağıda verilən, evdə tətbiq oluna bilən üsullar sizi ən azından rahatlaşdıracaq:

1. Əl və qol məşqlərini sınayın.

Qolları oynatmaq və müəyyən əl gərmə hərəkətləri həmin hissədəki qan axınını normallaşdırır, əsəblərin gərginləşməsini azaldır.

2. İsti kompres edin

Uyuşma şişlik və ağrı ilə birlikdə meydana gəlirsə, isti kompres qoyulmalıdır.

3. Müntəzəm balıq yeyin

Balıq və ya balıq yağı həblərini istifadə etmək, qoldakı uyuşmanı müalicəyə kömək göstərir. Balığın içində olan "omega 3” yağ turşuları xolesterini azaldaraq qan dövranının yaxşılaşmasını təmin edir. Beləliklə, sol qolunuzdakı keyimə düzəlir.

4. Vitamin qəbul edin.

Sol qolunuzdakı və ümumiyyətlə bədəninizdəki keyiməni arxasında qida çatışmazlığı dayanırsa, "Kalsium” və "B12” vitaminləri qəbul olunması ilə vitaminlər baxımından yaxşı qidalanmanıza yardımçı ola bilər.

5. Alkoqoldan qaçın

Spirt sinirlərə çox zərər verir. Bədəndə bir uyuşma mövcuddursa, bir müddət spirtdən uzaq durun.

6. Yataq istirahəti

Bədəndəki keyimələr yaralanma və ya travmadan irəli gəlirsə, yataq istirahəti tez sağalmağa kömək edəcək.
Əgər uyuşma ilə birlikdə yorğunluq, hərəkətsizlik, şiddətli baş ağrısı, fikir yayınması, baş dönməsi və danışma problemləri yaşayırsınızsa, dərhal həkimə müraciət edin.
Uyuşma müəyyən kəllə-beyin travması sonrası yaranıbsa, tibbi dəstək zəruridir. Kəllə-beyin travmasından sonra uyuşma yaxşılaşmağa başlasa belə da uyğun diaqnoz və müalicə üçün həkimə getməlisiniz.