
Ailə içi qətllərin səbəbi... - Qısqanclıq!
Yusif Nəzərli
15:28 22.06.2023
Cəmiyyət
690
"Ailələrdə münaqişələrin baş verməsinin səbəbi çox hallarda davranış modelinin razılaşdırılmamasıdır".
Bunu"Sherg.az"a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova səkkiz aylıq körpəsi ilə birgə öldürülən Leyladan danışarkən deyib. Onun sözlərinə görə, ailədə rollar əvvəlcədən müəyyən edilmir:
"Məsələn, qadının gedib-gələcəyi yerlər, ünsiyyətdə olacağı, telefonla danışacağı insanlar və s. barədə öncədən söhbətlər aparılmalıdır. Bu gün həbsxanada oldum. Sosial şəbəkələr cinayət törətmiş şəxslərin əksəriyyətində böyük bir qısqanclıq hissi yaradır. Ümumiyyətlə, həyat yoldaşını qətlə yetirən kişilər sosial şəbəkənin kifayət qədər ailə münasibətlərinə pis təsir göstərdiyini əsas gətirdilər. Kənar amillər, müdaxilələr, ərin hansısa sözün təsiri altına düşməsi, şübhələnməsi mənfi nəticə verir.

Təəssüf ki, belə hallarla qarşılaşdıqda vaxtında aidiyyəti qurumlara müraciət etmirlər. Sosial rollar əvvəldən razılaşdırılmış qaydada davam etdirilmədikdə ortaya aqressiya çıxır. Bu onun evlənməmişdən əvvəl psixoloji problemli adam olduğu anlamına gəlməz. Ola bilər, ənənəvi rolların dəyişməsi və "itaətsizlik" kişinin öz əmlakı hesab etdiyi qadını öldürməsinə gətirib, çıxarır. Həbsxanada bir məhbusla rastlaşdım. Gəncdir, özünü kifayət qədər haqlı hesab edir. Həyat yoldaşı TikTok-da olub, video paylaşıb, hər halda qonum-qonşu da ona kifayət qədər eyhamlar vurub, adam qəzəblənib, həyat yoldaşını öldürüb. Bəzi hallarda ailələrdə biri-birinin nüfuzunu gözləmirlər, hörmət hissi aşağılanır. Nəticə də faciə baş verir".
Qeyd edək ki, həyat yoldaşı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Hüseynli Leylanı qətlə yetirib. Hadisə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya