Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı - AÇIQLAMA + FOTO
Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı - AÇIQLAMA + FOTO
Yusif Nəzərli
10:38 06.06.2023
Cəmiyyət
406
Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb.
Videoda bir neçə il əvvəl anasının onları qoyub getdiyini deyən azyaşlı qardaşı ilə birlikdə nənəsinin himayəsində yaşadığını qeyd edib. Elvinin sözlərinə görə, suya görə qazandığı 15 manatı isə mərhum atasına başdaşı düzəltdirmək məqsədilə nənəsinə verir.
Ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilib. Fonddan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub:
“Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Elvin Elbrus oğlu Yusibov və qardaşı 13 yaşlı Emin Elbrus oğlu Yusibovun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Fatma Bəşir qızı Yusibovaya 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir.
Ötən dövrdə ailə ünvanlı sosial yardım üçün heç zaman müraciət etməyib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda olaraq onlara görüşüblər. Ünvanlı sosial yardımla bağlı qanunvericiliyin tələbləri ailəyə izah olunaraq, ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub. Müraciət edildiyi halda həmin ailənin sosial yardım almaq hüququna baxılaraq qərar veriləcək”.
Qeyd edək ki, artıq ötən gün sosial şəbəkədə Elvinin atasının məzarına başdaşı qoyulduğunu əks etdirən foto da yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq