Azərbaycan və İsrail səhiyyə nazirlərinin görüşü keçirilib
Azərbaycan və İsrail səhiyyə nazirlərinin görüşü keçirilib
Yusif Nəzərli
10:45 31.05.2023
Cəmiyyət
569
Azərbaycan Səhiyyə Nazirliyində İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri Moşe Arbelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi də qeyd edilib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.
Nazir, həmçinin vurğulayıb ki, Azərbaycan və İsrail arasında imzalanan səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı ölkələrimizin səhiyyə sektorunun yeni mərhələdə inkişafı üçün mühüm platformadır. Əməkdaşlıq Planının tezliklə icraya başlayacağı qeyd edilib.
Teymur Musayevin sözlərinə görə, səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsi Azərbaycan Səhiyyə Nazirliyinin əsas hədəflərindəndir: “İsrailin beynəlxalq müstəvidə qabaqcıl ölkə olaraq tibbi nou-hau nailiyyətlərinin, bu sahədə İKT həllərinin təcrübələrinin Azərbaycanda da smart tətbiqi səhiyyəmizin modernləşdirilməsinə müsbət təsirlərini göstərəcək”.
Həmçinin, Azərbaycanın səhiyyə naziri Heydər Əliyev Fondu və “YAŞAT” Fondunun dəstəyi ilə 44 günlük Vətən Müharibəsi zamanı yaralanan əsgərlərimizə müayinə və müalicə üçün mütəmadi olaraq Bakıya gələn israilli həkim briqadalarının yardımını yüksək qiymətləndirərək, öz təşəkkürünü ifadə edib.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən İsrail Dövlətinin daxili işlər və səhiyyə naziri vurğulayıb ki, ölkələri arasında dostluq əlaqələri tarixi faktdır: “İsrail ilə Azərbaycan arasında dərin mədəni-tarixi əlaqələr, dostluq və harmoniya mövcuddur. İsrail Azərbaycanın suverenliyini tanımış ilk ölkələrdən biri olub”.
Moşe Arbel ölkələr arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: “Bundan əlavə, İsrailin Ben Qurion Universiteti və Soroka Tibb Mərkəzi Azərbaycan Tibb Universiteti ilə fəal əməkdaşlıq edir”.
Sonda israilli nazir ölkələri səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə tərəflər tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, genetika üzrə təlimlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm