Azərbaycanda səhmdar cəmiyyətlərinin cərimələnməsi artıb
Azərbaycanda səhmdar cəmiyyətlərinin cərimələnməsi artıb
Yusif Nəzərli
07:19 06.06.2023
Cəmiyyət
376
2022-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) məhkəmələrdən daxil olmuş qərarlara əsasən səhmdar cəmiyyətləri barədə 51 protokol tərtib edib və 56 200 manat cərimə tətbiq edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 8 protokol və 14 700 manat çoxdur.
“AMB investorların hüquqlarının müdafiəsini daima diqqət mərkəzində saxlayır. Bu məqsədlə investorların quruma müraciət imkanları genişləndirilir, səhmdarlarla qarşılaşdıqları çətinliklərlə bağlı görüşlər keçirilir, onlar dinlənilir. AMB-yə investorlardan hüquq pozuntularına dair daxil olan müraciətlər araşdırılaraq pozuntu aşkarlandığı təqdirdə həmin hüquqların bərpası istiqamətində qanunauyğun tədbirlər həyata keçirilir. Belə ki, cəmiyyətlər tərəfindən vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin pozulması halı aşkarlandıqda həmin subyektlərə pozuntunun aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər ünvanlanır. Aşkarlanmış pozuntular inzibati xəta tərkibli olduqda cəmiyyətlər barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış material məhkəmələrə göndərilir.
İstehlakçılar və investorların yazılı müraciətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılması təmin edilir, həmçinin şifahi müraciətlərə baxılması, vətəndaşların qəbul cədvəlinə uyğun olaraq yerində və ya videoqəbul formatında qəbul edilməsi məqsədi ilə AMB-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən “Qəbul otağı”, həmçinin telefon vasitəsilə müraciətlərin cavablandırılmasını təmin edən “966” Çağrı Mərkəzi fəaliyyət göstərir. Bununla əlaqədar investorlar onların qanunvericilikdə əks olunmuş hüquqlarının pozulması halı ilə qarşılaşdıqları təqdirdə qeyd olunan üsullarla AMB-yə müraciətlərini ünvanlaya bilərlər”, - deyə AMB-dən qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq