Bakının zeytun bağları araq şüşələri ilə doludur: İtlər məskən salıb
19:06 20.08.2019
Cəmiyyət
953
Nadir hallarda şəhərin mərkəzində böyük yaşıllıq zolağına rast gəlirik. Hələ bu yaşıllıq kifayət qədər qiymətli meyvə ağaclarıdırsa, o zaman vəziyyət bir qədər də dəyişir. Sözügedən yaşıllıq zolağından biri də 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağıdır ki, burada da vəziyyət ürəkaçan deyil.
Ərazidə yaşayanlar bağdakı ağacların baxımsızlığından şikayətlənir. Dəfələrlə qurumlara müraciət etdiklərini, problemin hələ də öz həllini tapmadığını deyirlər.
Baku TV-nin əməkdaşları zeytun bağına yollanıb.
Sakinlər bildirir ki, zeytun bağındakı ağaclar quruyur, ərazidə itlər məskən salıb, ağacların dibi asfaltlanıb. İndi bağı təmizləsələr də, ümumiyyətlə, zibillə, araq şüşələri ilə dolu olur.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinin sözlərinə görə, bu ağacların yaşı çox olduğundan sulamağa ehtiyacı yoxdur. Ərazidəki qurumuş ağaclara gəldikdə, baxış keçirəcəklərini, ehtiyac olarsa, payız fəslində budayacaqlarını bildirdilər.
Hövsanda "1 saylı Zeytun sovxozu" adlanan ərazidə də yaşanan oxşar vəziyyətə münasibət bildirən O.Məmmədov deyib ki, həmin ərazi onların nəzarətində deyil.
Qeyd edək ki, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi üç min hektar təşkil edib. Ancaq bu gün zeytunçuluqla bağlı vəziyyət rəsmi rəqəmlərdə göründüyündən daha dəhşətlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya