DSX: “Axtarışda olan 230 nəfər ələ keçib, 15 milyonluq qaçaqmal saxlanılıb” - FOTO
Yusif Nəzərli
12:27 01.06.2022
Cəmiyyət
530
Cari ilin may ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb, оnlardan 27 nəfəri Azərbaycan, 2-si İran, 2-si Ukrayna, 2-si Tacikistan, 2-si Mərakeş, 2-si Pakistan, 1-i Fil Dişi Sahili, 1-i Litva, 1-i Hindistan, 1-i Özbəkistan vətəndaşları оlublar.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında qeyd edilib.
Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 23 halda 25 nəfər Avropa İttifaqı üzv ölkələrinin saxtalaşdırılmış pasportu, daimi yaşayış kartı, şəxsiyyət vəsiqəsi, şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 85 halda 123 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 230 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 357 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.
Narkоtik vasitələrin daşınması ilə mübarizə tədbirləri nəticəsində 316 kq 240 qram narkоtik vasitəyə və 8010 ədəd psixotrop həbə bənzər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik qaçaqmalçıları 1 halda sərhəd naryadlarına silahlı müqavimət göstərmiş, qanunvericiliyə uyğun olaraq sərhədçilərin silah tətbiq etməsi nəticəsində cinayətkarların əraziyə atdıqları 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı avtomat götürülüb.
Qaçaqmalçılıqla mübarizə çərçivəsində ümumi dəyəri təqribən 15 842 429 manat оlan qaçaqmal, o cümlədən tütün məlumatları, spirtli içki və əntiq əşyalar saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya