Fərdi məlumatların qorunması qanunla tənzimlənəcək
Yusif Nəzərli
10:04 23.06.2023
Cəmiyyət
846
Etibarlı mühafizə üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsi önəmlidir
Azərbaycanda Data idarəçiliyi strategiyası çərçivəsində yeni qanun layihəsi hazırlanır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində "Yeni səhifəyə keç" mövzusundakı paneldə deyib. O bildirib ki, hazırda fərdi məlumatların qorunmasını əhatə edən yeni qanun layihəsi ilə bağlı razılaşdırmalar aparılır: "Bu qanun layihəsi parlamentə təsdiq üçün göndərilərsə, o zaman biz fərdi məlumatların qorunması istiqamətində qanunu qəbul etmiş olarıq”. Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir: “Bu strategiyanın dövlət səviyyəsində qəbul olunmasını istəyirik. Bütün yanaşmalar bu strategiyada təsbit edilmiş olacaq. Hazırda dövlət qurumlarında Data ilə bağlı böyük araşdırma və qiymətləndirmə aparılır və vəziyyət birmənalı deyil. Onların Dataya hazırlıq səviyyələri müxtəlifdir".
İnformasiya Təhlükəsizliyi üzrə ekspert Aydın Qurbanov isə “Sherg.az”a açıqlamasında fərdi məlumatların mühafizəsinin tələblərinə ciddi riayət edilməsini önə çəkərək fərdi məlumatların etibarlı mühafizəsi üçün kompüter, mobil telefon şifrlərinin düzgün seçilməsinin önəmindən danışıb: “Bildiyiniz kimi, fərdi məlumatların mühafizəsi məsələsi müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Fərdi məlumatlar bilavasitə kibertəqiblərin tərkib hissəsi sayılır, yəni həyata keçirilən hücumlar daha çox fərdi və digər potensial məlumatların əldə edilməsinə yönəldilir. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı isə fərdi məlumatların genişlənməsinə səbəb olur. Cəmiyyətin və ölkələrin iqtisadi, sosial, mədəni olaraq bir-birinə yaxınlaşdığı dünyada insanlar fərdi məlumatlarını qorumaqda çətinlik çəkirlər. Əvvəllər informasiya sistemlərində və arxivlərdə saxlanılan və az sayda insanın əldə edə biləcəyi bəzi fərdi məlumatlar günümüzdə texnologiyaların inkişaf etməsi vasitəsilə sadəcə bir kliklə əldə edilə biləcək qədər asan olub. Başqa şəxslərin əlinə keçə biləcək məlumatların təhlükəsizliyi kimlərin hansı şərtlərdə bu məlumatları əldə edə biləcəyi və bir başqa şəxsə ya da quruma ötürə biləcəyi vacib bir mövzu halına gəlib. Halbuki fərdi məlumatlar konfidensial informasiya kateqoriyasına aid edilir. Fərdə məxsus olan məlumatların əldə edilməsi, emalı və istifadəsi onun icazəsi ilə olmalı və toplandığı məqsədlərə uyğun olaraq istifadə edilməlidir”.
Beynəlxalq təcrübəyə istinad edən ekspertin sözlərinə görə, müasir hüquq konsepsiyası fərdin ən müqəddəs xəzinəsi hesab olunan fərdi məlumatlarının qorunması üzərində qurulub: “Bu səbəblə, insanların həyatını asanlaşdırmaq üçün inkişaf etdirilən məlumatların yığılması və ötürülməsi texnologiyaları ilə fərdi hüquqların pozulmasının qarşısını almaq üçün ölkələr qanuni tənzimləmələrə müraciət ediblər. Fərdi məlumatların qorunmasını əhatə edən qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya