İlkinin məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
Yusif Nəzərli
16:18 02.06.2022
Cəmiyyət
684
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin yalan olduğunu deyib.
O, İlkin Süleymanovun heç vaxt cinayət törətməsini etiraf etmədiyini bildirib: "İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi".
Prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-i (Nərmin Quliyeva itkin düşən gün) hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.
İttiham aktında isə qeyd olunub ki, İlkin həmin gün saat 14:30-da Nərmini evə dəvət edib və 47 gün orda saxlayıb. Bugünkü prosesdə ifadə verən müəllim Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı dediklərini təsdiq edib. Müəllim bildirib ki, hazırlıq dərsi həmişə saat 14:30-16:30 arasında olub.
Proses iyunun 3-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya