Nazirlikdən etiraz edən qazilərlə bağlı AÇIQLAMA + YENİLƏNİB
Yusif Nəzərli
08:22 02.06.2022
Cəmiyyət
515
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin əlilliyin təyinatı ilə bağlı narazılığına münasibət bildirib.
Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə nazirlik tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır:
“Bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək.
Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 min nəfərə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib.
Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir”.
“Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib”, - deyə qeyd edilib.
11:32
Bir neçə qazi əlilliyin təyinatı ilə bağlı narazılıq edir.
Oxu.Az-ın məlumatına görə, onlar bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında etiraz edirlər.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qazilərə açıqlamasında bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, kimlərə əlillik düşürsə, onlar da bu hüququ qazanırlar:
“Qarabağ qazilərinin əlillik məsələsi xüsusi diqqətdə saxlanılır. İndiyə kimi 3000-ə yaxın Vətən müharibəsi qazisi əlilliklə təmin olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya