
Nə müqavilə var, nə də tibbi yoxlama...
Yusif Nəzərli
13:17 06.06.2023
Cəmiyyət
610
Taksi sürücülərinin işə götürülməsi qaydaları sərtləşdirilməlidir
Ölkədə müzakirə olunan əsas mövzulardan biri taksi xidmətidir. Narkotik maddə istifadə edib sifariş qəbul edən, narkotik satıcılarına kuryerlik edən, eyni zamanda qadın sərnişinlərə qarşı qeyri-etik davranan taksi xidməti göstərən sürücülərin artması ciddi narahatlıq doğurur. Bütün bunlar da, şübhəsiz, xidmət sahəsindəki boşluqlardan qaynaqlanır.
Eyni zamanda paytaxtda taksi kimi fəaliyyət göstərən avtomobillərin artması da yollarda təhlükəli vəziyyət yaradır. Xidmət sahəsinin əlçatanlığı və qiymətlərin ucuz olması hər nə qədər müsbət olsa da, sərnişinlərin can güvənliyinin olmaması vətəndaşların taksi xidmətindən imtinasına rəvac verir.
Taksilərin çox olması həm də şəhərdə ekotarazlığın pozulmasına gətirib çıxarır. Onu da qeyd edək ki, narazılıq edən sadəcə sərnişinlər deyil, xarici taksi şirkətlərində çalışan sürücülər iş saatının çox, gəlirlərin isə az olmasından şikayətçidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə taksi fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac olduğunu deyib. Ekspertin "Sherg.az"a açıqlamasına görə, pandemiya zamanı sərt karantin rejimi metro və marşrut avtobus istifadəçilərinin taksi xidmətinə axın etməsinə səbəb oldu. Bu fürsətdən istifadə edən aqreqator şirkətlər də nəzarətsiz və nizamsız bir rəqabət mühiti yaratdılar. Qiymətlərin ucuz olması sərnişinlər üçün xoş olsa da, bu həm keyfiyyətin aşağı düşməsinə, həm də sürücünün istismar olunmasına şərait yaradır. Gün ərzində fasiləsiz işləyən sürücü yollarda qəza şəraiti yaradır və bəzən də insan ölümünə səbəb olur. Nəticədə isə itirən dövlət, qazanan aqreqator şirkətlər olur".
R.Ağamirzəyev hesab edir ki, kompleks və çoxşaxəli tədbirlər görülməlidir. Ən əsası isə xarici taksi şirkətlərinin fəaliyyəti üçün qoyulan tələblər artırılmalı, sürücülərin işə götürülməsi qaydaları sərtləşdirilməlidir: "Nə müqavilə var, nə də tibbi yoxlama... Paralel olaraq, insanlara alternativ nəqliyyat imkanları yaradılmalıdır. Taksi xidmətindən istifadə edən sərnişinlərin 30 faizi yaxın məsafələr üçün taksi sifariş edənlərdir. Hesab edirəm ki, yaxın məsafələrə səyahət edən insanlar piyada və ya mikromobil vasitələrə üstünlük versələr, daha yaxşı olar. Müvafiq qurumlar isə öz növbəsində səkilərdə və yollarda alternativ nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmalıdır".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq