Özünü Ərtoğrula bənzədən direktor gülüş hədəfi oldu - Açıqlama
Yusif Nəzərli
09:07 27.03.2023
Cəmiyyət
506
Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Belə ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri "Qalxın, sultan gəlir" deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə "Allahın 99 adı ilə.." sözləri əvəzinə "99 Allahın adı ilə.." deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq.
Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.
124 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Eminova isə Bakupost.az -a açıqlamasında Novruz şənliyinin məhz bu cür səhnələşdirildiyini, direktorun Ərtoğrul obrazini canlandırdığını etiraf edib:
"Burada qəbahət bir şey yoxdur. Təhsil İdarəsinə bu tədbir haqqında məlumat vermişik. Tabe olduğumuz idarədən xəbərsiz tədbir keçirməmişik. Görüntülərdə Novruz tədbiri olub. Sadəcə bunu sosial şəbəkədə başqa cür təqdim ediblər. Burda yanlış bir şey yoxdur. Ssenari üzrə çıxış olub. Ssenaridə Xanlıqlar dövrü təsvir olunub. Obraz olaraq Şəki xanı, Qarabağ xanı və s. canlandırılıb. Görüntülərdə direktor da var, şagirdlər də".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual