“Şamaxı”nın keçmiş futbolçusu ət kombinatında işləyir
“Şamaxı”nın keçmiş futbolçusu ət kombinatında işləyir
Yusif Nəzərli
08:21 02.06.2022
Cəmiyyət
388
Hazırda “Şamaxı” adlanan Bakı “İnter”inin sabiq futbolçusu Mixail Makovski Belarusun Molodeçno şəhəri ətrafındakı ət kombinatında qablaşdırıcı işləyir.
“Report”un məlumatına görə, bu barədə 45 yaşlı keçmiş yarımmüdafiəçinin özü yerli mətbuata müsahibəsində bildirib.
O, Veles-Mit adlanan müəssisədə 12 saat çalışdığını söyləyib:
“2020-ci ilin avqustundan burada işləyirəm. Qrafikim elədir ki, iki gün ardıcıl səhər saat 8:00-dan axşam 20:00-dək işdə olur və daha sonra iki gün istirahət edirəm. İstirahətin ardından saat 20:00-dan səhər 8:00-dək ardıcıl iki gecə çalışıram. Fiziki görkəmim normal olduğu üçün belə qrafik mənə əziyyət vermir. Başlanğıcda ağır idi. Sonra isə uyğunlaşmağa başladım”.
Makovski keçmiş futbolçular Sergey Rısik və Vladislav Voltsyokun da onunla birlikdə işlədiyini söyləyib. 1000 rubl (500 manat) aldığını deyən sabiq yarımmüdafiəçi bunun Molodeçno üçün normal məbləğ olduğunu diqqətə çatdırıb:
“Günorta yeməyində hesabın 30 faizini ödəyirsən. Qalan 70 faizini müəssisə öz üzərinə götürür. Gecə növbəsində isə kolbasa ilə buterbrod verirlər. Özünlə yalnız çay-qəhvə aparmaq lazım gəlir”.
M.Makovski əkiz qardaşı, Bakı “İnter”ində də birlikdə çıxış etdiyi Vladimir Makovski ilə münasibətlərinin hazırda soyuq olduğunu da açıqlayıb:
“Düzdür, onunla dalaşmamışam. Lakin şəhərdə təsadüfən görüşəndə də salamlaşmırıq. Üzünü çevirir və yanımdan ötüb keçir. Ona bir dəfə zəng etmək istədim, düşündüm ki, vəziyyəti pis olar. Amma zəng etmədim. Yeri gəlmişkən, məni Vladimir adlandırırlar. Çünki bizi qarışıq salırlar, mən də bundan incimirəm. Ad günümüzdə də bir-birimizi təbrik etmirik. Molodeçnoda valideynlərimizdən qalan mənzildə yaşayırdıq. O, mənə and içdi ki, evi satmayacaq. Lakin mən Sankt-Peterburqun “Tosno” komandasına işləməyə getdikdən bir həftə sonra evi satdığını öyrəndim. Qardaşımın danışılmış oyunlarda iştirak etdiyini xatırlayırsınız? Görünən odur ki, cərimələri ödəmək lazım gəlib. Hamıya deyir ki, mənzilin satışından mənim payım bankdadır. Amma yoxdur. Mənzilin qiyməti 26-27 min ABŞ dollarıdır. Bu, Molodeçno üçün normal məbləğdir”.
Sabiq yarımmüdafiəçi hazırda evinin olmadığını söyləyib:
“Mən harada gəldi yaşayıram. Əvvəllər Tatyana adlı 20 yaşlı qadınla qalırdım. İndi də onunla yaşayıram, amma bu yaxınlarda dalaşmışıq. Ona görə də hələlik tanışımın yanında yataqxanada gecələyirəm. İndi isə yaşamağa yer axtarmalıyam. Hazırda qarşımda zəng etmək üçün iki nömrə var. Bunun üçün 60 dollar lazımdır. Ola bilsin, sadəcə hər-hansı mənzildə otaq götürəcəyəm. Bu, ona görə yaxşıdır ki, evin yiyəsi olan yaşlı qadına qəpik-quruş verirsən və o, sənə yemək hazırlayır”.
Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı ildə “İnter”də çıxış edib. V.Makovski 2018-ci ildə Belarusun “İsloç” komandasında məşqçi vəzifəsində çalışdığı vaxt danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan ömürlük uzaqlaşdırılıb. M.Makovski isə 2018-ci il fevralın 16-da “Molodeçno” klubuna baş məşqçi təyin olunsa da, azarkeşlər və mətbuatla görüşə içkili gəldiyi üçün üç gün sonra vəzifəsindən kənarlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya