Analitik: Rusiya Qarabağa ermənilərin yenidən kollektiv qayıdışında maraqlıdır
Yusif Nəzərli
05:41 02.10.2025
Cənubi Qafqaz
427
Qarşıda ciddi mübarizə gözlənilir
“Ermənilərin Qarabağa (Azərbaycanın bölgəsi - red.) qayıdışı real deyil”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. O qeyd edib ki, insanlar onların Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşurlar: "Düzünü desəm, bunun real olduğunu düşünmürəm. Həmçinin bu məsələni sülh prosesi üçün təhlükəli hesab edirəm". Paşinyan əlavə edib ki, Qarabağdan gələnlər Ermənistanda qalmalıdırlar, artıq onların mənzillərlə təmin edilməsi proqramına başlanılıb.
Maraqlıdır ki, hətta Ermənistan hökumətinin belə artıq qapatdığı səhifəni kimlərsə, hansısa məqsədlərlə açmağa çalışır.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Nikol Paşinyanın təxribatçı suala bu cür cavabı göstərir ki, Paşinyan Ermənistanın ən realist siyasətçisidir. Ekspert bildirib ki, Paşinyanın bütün addımları Ermənistan dövlətinin maraqlarına xidmət edir:
"Paşinyan bölgədə sülhün, sabitliyin olmasında maraqlıdır. Bu səbəbdən Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkisində qələbəsi vacibdir. Ancaq həm Ermənistan daxilində, xaricdə anti-Paşinyan qüvvələri kifayət qədər güclüdür. Onların fəaliyyət istiqamətlərindən biri müxtəlif tribunalarda Qarabağdan könüllü getmiş ermənilərin yenidən kollektiv şəkildə Azərbaycana qayıtması məsələsini qaldırmaqdır. Çünki bu məsələ Paşinyanın zəif yerlərindən biri hesab olunur. Ermənilərin böyük əksəriyyəti inanır ki, Qarabağdan ermənilərin getməsinin əsas günahkarı Paşinyandır. Baş nazirin rəqibləri bu məsələni daim gündəmdə saxlamağa çalışır. Xüsusən, erməni lobbisi məsələnin gündəmdən düşməsinə imkan vermir".
Analitik qeyd edib ki, Qarabağdakı erməniləri separatçılığa sövq edənlərin başında Levon Ter-Petrosyan, R.Koçaryan, S.Sarkisyan dayanırdı:
"Onlar fəal şəkildə separatçılıq hərəkatında iştirak edir, ona rəhbərlik edirdilər. "Daşnaksütyun" partiyası kifayət qədər aktiv idi. Fransadakı erməni lobbisi fəallıq göstərirdi. Təbii ki, əsasən də Rusiya Qarabağa ermənilərin yenidən kollektiv qayıdışında maraqlıdır. Ona görə də mütəmadi bu məsələdən danışır, Paşinyana suallar ünvanlayırlar. Seçki öncəsi Ermənistandakı müxalifətin əsas şüarlarından biri də məhz budur. Qarşıda ciddi mübarizə gözlənilir. Paşinyan isə ermənilərin Qarabağa qayıdışını real hesab etmir, üstəlik, bunu sülh üçün təhlükəli sayır. Bunun səmimi olduğunu düşünürəm və hesab edirəm ki, ermənilərin əksəriyyəti də Paşinyan kimi düşünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual