Simonyan: Sülh sazişi olmaya da bilər
10:53 31.10.2025
Cənubi Qafqaz
521
“Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Düşünürəm ki, buna yaxınıq”, - jurnalistlərin müvafiq sualına cavabında o bildirib.
Simonyan Azərbaycanın sülh sazişinin imzalanması üçün ilkin şərtlər irəli sürməsi fikri ilə razılaşmayıb:
“Onlar narahatdırlar ki, sənədlərdə hər şey qaydasında olsun, çünki həyatdır, sabah hər şey ola bilər. Onlar sığortalansın deyə istəyirlər ki, sabah və ya gələcəkdə yeni müharibə olmasın, bu, əslində yaxşı niyyətdir”.
Spikerin sözlərinə görə, Ermənistan regionda sülhün təmin olunması üçün hər şeyi edir, buna baxmayaraq, kövrək də olsa, regionda sülh bərqərar olub.
“Sülhün yekun razılaşma şəklini almasını təmin etmək üçün hər şeyi edirik və edəcəyik, amma artıq yerdə sülh var”, - o vurğulayıb.
Simonyan misal çəkib ki, Ermənistanın Gürcüstanla sülh müqaviləsi yoxdur, amma iki ölkə arasında sülh var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm