
Politoloq: Balasanyanın müraciəti boş və mənasızdır
09:42 02.05.2025
Cənubi Qafqaz
424
İlqar Vəlizadə: Putin Balasanyanın məktubuna cavab verərsə, Azərbaycanla olan münasibətlər tamamilə korlanar
Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan Rusiya lideri Vladimir Putinə müraciət ünvanlayıb.
Özünü qondarma rejimin keçmiş "təhlükəsizlik şurasının katibi" adlandıran Balasanyan Rusiyanın vasitəçiliyi ilə ermənilərin Azərbaycanın əzəli tormaqlarına yenidən qayıdacağına ümid etdiyini bildirib.
Balasanyan bu il Sovet İttifaqının faşist Almaniyası üzərində Böyük Qələbənin 80-ci ildönümünün qeyd olunduğunu fürsət bilib, Rusiya liderinə erməni xalqının uydurma qəhrəmanlığından bəhs edib. Belə ki, həmin böyük qələbəyə 90 min Qarabağdan olan ermənin töhfə verdiyini deyib.
"Ümid edirik ki, sizin vasitəçiliyinizlə Böyük Vətən Müharibəsində qalib gəlmiş xalqın varisləri olan Qarabağ erməniləri öz tarixi vətənlərinə qayıdacaqlar", - o müraciətində bildirib.
Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, Vitali Balasanyanın müraciəti boş və mənasızdır:

"Bunu ondan əvvəl başqa erməni nümayəndələri də ediblər, yəni Putinə məktublar göndəriblər. Balasanyan kimdir ki, ona da diqqət yetirilsin? Onun məktubu da heç bir əhəmiyyət kəsb etmir. Eyni zamanda Rusiyanın regionda həm Azərbaycan, həm də Ermənistanla bağlı maraqları var. Əgər Putin Balasanyanın məktubuna cavab verərsə, Azərbaycanla olan münasibətlər tamamilə korlanar. Kreml də bunu çox yaxşı anlayır. Digər tərəfdən Rusiyada hər hansı dairələr ola bilər ki, ermənilərin buradakı nüfuzunu artırmaq üçün bundan istifadə etsinlər. Lakin yenə də düşünmürəm ki, bu məktub hər hansı rezonans doğursun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm